Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 20:20
Bakı. Trend:
Əfqanıstan hakimiyyəti ilə Taliban hərəkatının nümayəndələri arasında ölkədəki vəziyyətin nizamlanması məqsədi ilə danşıqlar Qətərdə keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın televiziya kanalı "Tolo News" xəbər verib.
Bildirilir ki, hakimiyyət və Taliban arasında "iki əfqan tərəfi arasında danışıqların Qətərdə aparılacağını göstərən ilkin razılıq əldə edilib".