Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 23:48
İşçi arıların udqunma vəzlərinin istehsal etdiyi arı südü koloniyanın həyat fəaliyyətinin təməlini təşkil edir. Arı koloniyası bu zəngin tərkibli maddə ilə həm bala arıları bəsləyir, həm də kraliça arını yaradır. Bal arıları ən çox 4 ay ömür sürür, kraliça arı süd sayəsində 5 il yaşaya bilir. Britaniyada "Royal Celli" yəni "Krallıq jelesi" adlanan arı südü yüzlərlə ildir ki, uzun ömrün sirri olaraq mütəxəssislər tərəfindən tövsiyə edilir.
Sonxeber.net arı südünün faydaları ilə tanış edir.
Tərkibindəki yüksək miqdarda proteinlə arı südü eynilə digər arı məhsulları kimi enerji dəyəri yüksək qidalar sırasına daxil edilir.
Arı südünün 100 qramında 15 qram protein var. Bundan başqa, B vitamini qrupları (B1, B2, B3, B5, B6), biotin, fol turşusu, maqnezium, sink və dəmir baxımından olduqca zəngindir.
Arı südünün quruluşunda heç bir qida maddəsində olmayan biolektin proteini və 10-HDA adlı dəyərli yağ turşusu var. Bu maddə yeganə olaraq arı südündə mövcuddur.
Arı südünün digər arı məhsulları olan bal, polen və propolisdən fərqi özünəməxsus xüsusiyyətlərinin olmasıdır. Əldə edilməsi çətin olduğundan nadir tapılan qidalar kateqoriyasına daxildir. (publika.az)