Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jezniçakın yeni klubu - "Neftçi" yox...

Jezniçakın yeni klubu -

Tarix: 12 Iyun 2019 10:32

"Qarabağ"dan ayrılan Yakub Jezniçakın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, polşalı müdafiəçi karyerasını ölkəsinin "Visla" klubunda davam etdirəcək. Bu barədə Ploçk təmsilçisinin saytı məlumat yayıb. 32 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Visla" ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.

Xatırladaq ki, Jezniçakın "Neftçi"yə keçə biləcəyi iddia olunurdu.

 


Etiketlər:  Jezniçakın yeni klubu Neftçi yox


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ