Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 20:18
"Real"ın futbolçusu Naço La Liqada mövsümün bərpasından sonra ilk beş matçı buraxacaq.
Qol.az "AS"a istinadən xəbər verir ki, buna səbəb ispan müdafiəçinin zədələnməsidir. 30 yaşlı futbolçunun ölkə çempionatında "Eybar", "Valensiya", "Real" Sosyedad", "Malyorka" və "Espanyol"la görüşlərdə oynamayacağı vurğulanıb.
Qeyd edək ki, La Liqada bu mövsüm iyunun 11-i bərpa olunacaq.