Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rauf Əliyev: Koronavirusa ancaq qanunlara əməl etməklə qalib gələ bilərik

Rauf Əliyev: Koronavirusa ancaq qanunlara əməl etməklə qalib gələ bilərik

Tarix: 8 Iyun 2020 21:00

Koronavirusa ancaq qanunlara əməl etməklə birlikdə qalib gələ bilərik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, iyunun 7-də Yasamal rayonu ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarına qarşı bir qurup sakin tərəfindən qanunazidd hərəkətlərə yol verilib:

"Koronavirus pandemiyasına qarşı mübarizənin önündə gedən həkimlərimiz, polis işçilərimiz öz sağlamlıqlarını riskə ataraq fədəkarlıqla bu mübarizəni davam etdirirlər. Polislərə qarşı belə hərəkətlərə yol verənlər geniş ictimai qınaq obyektinə çevrilməlidirlər. Yaşlarından aslı olmayaraq əhalinin bütün təbəqələri qanunlara ciddi riayət etməlidirlər. Koronavirusa ancaq qanunlara əməl etməklə birlikdə qalib gələ bilərik.

Milli.Az


Etiketlər:  Rauf Əliyev Koronavirusa ancaq qanunlara əməl etməklə qalib gələ bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ