Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada koronavirusdan ölənlərin sayı 6 min nəfəri keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 6 min nəfəri keçib

Tarix: 9 Iyun 2020 12:04

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 595 nəfər virusa yoluxub, 171 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 485 253 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 142 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 242 397 nəfər virusdan sağalıb, 236 714 nəfərin müalicəsi isə davam edir.


Etiketlər:  Rusiyada koronavirusdan ölənlərin sayı nəfəri keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ