Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:48
Bakı. İlhamə İsabalayeva - Trend:
İstər nəqliyyat vasitələrində, istərsə də ictimai yerlərdə havanı daxildə sirkulyasiya etdirən avadanlıqlar varsa, onların istifadəsi ilə bağlı məhdudiyyətlər qoyulmalıdır.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, qapalı məkanda havanın daxildə sirkulyasiyası yoluxma hallarını artıra bilər.
R.Bayramlı qeyd edib ki, hazırda bununla bağlı Bakı Nəqliyyat Agentliyində müzakirələr aparılır və müəyyən qaydalar hazırlanır.