Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 18:36
"Milan"ın futbolçusu Samuel Kastilyexo silahlı hücuma məruz qalıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə ispaniyalı yarımmüdafiəçi İnstaqram hesabında məlumat yayıb. O, silahlı şəxslər tərəfindən soyulduğunu açıqlayıb:
"Milanda hər şey qaydasındadır? Mən üzümə silah tutan iki nəfər tərəfindən soyuldum. Ancaq yaxşıyam. Yalnız saatımı aldılar".
Qeyd edək ki, 2018-ci ildən "Milan"da çıxış edən Kastilyexo bu mövsüm 19 oyuna 1 qol vurub.