Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 07:33
Bakı. Trend:
Tayvan adası yaxınlığında 5.2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə adanın seysmoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri İlayn əyalətinin sahilindən 69,6 kilometr aralıda, ocağı isə 87 kilometr dəniz dibindən dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Zərərçəkənlər və ya dağıntılar barədə məlumat hələ verilməyib.
23 milyon əhalisi olan Tayvan Şərqi Asiyanın ən seysmoloji aktiv zonalarından birindı yerləşir.