Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 10:54
“TSMC” şirkəti 2021-ci ildə 3 nanometrlik (nm-lik) prosessorların istehsalını planlaşdırıb. Belə çiplər “iPhone 14” aparatında istifadə olunacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, “TSMC” şirkəti daha kiçikölçülü nm-lik prosessorların hazırlanması üzərində işləyir və yeni istehsal xətləri qurmağa başlayır. 3 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk çip partiyasının 2021-ci ildə hazır olacağı, 2022-ci ildə isə onların həcminin artırılacağı gözlənilir. 3 nm-lik çiplər “Apple” şirkətinin 2022-ci il üçün planlaşdırılmış smartfonlarında istifadə olunacaq.
Yeni nəsil çiplər haqqında texniki təfərrüatlar açıqlanmayıb.
Emil Hüseynov