Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafaya yeni polis rəisi təyin edildi

Ağstafaya yeni polis rəisi təyin edildi

Tarix: 11 Iyun 2020 13:14

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağstafa rayonuna yeni polis rəisi təyin edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov Ağstafa RPŞ-nin rəisi təyin olunub.

V.Xəlilov bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi olub. 2018-ci ildə isə Kəpəz RPİ-nin rəisi təyin olunub.

Bundan öncə Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov olub. O, ötən ayın əvvəlində vəzifəsindən çıxarılıb. E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı mərhum Aslan Aslanovun qardaşıdır.


Etiketlər:  Ağstafaya yeni polis rəisi təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ