Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 18:45
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının Quba bölgəsinin təşkilatçılığı ilə iyunun 11–də Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində talassemiyadan və hemofiliyadan əziyyət çəkən xəstələr üçün qanvermə aksiyası keçirilib.
Trend-in məlumatına görə, aksiyanın məqsədi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olub.
Qanvermə aksiyasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, müəssisə, təşkilatlarının əməkdaşları, İƏD nümayəndələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri iştirak edib.