Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda dələduzluq: Pulu xırdalatmaq adı ilə götürüb qaçdı (VİDEO)

Bakıda dələduzluq: Pulu xırdalatmaq adı ilə götürüb qaçdı (VİDEO)

Tarix: 12 Iyun 2020 10:09

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda dələduzluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Metronun "İçərişəhər" stansiyası yaxınlığında yerləşən geyim mağazalarının birinə gələn orta yaşlı şəxs satıcıdan pulu xırdalamağı xahiş edib. Lakin o, xırda pulu satıcıdan aldıqdan sonra, bütöv pulu yan mağazadan alıb gətirəcəyinə söz versə də qaçaraq yoxa çıxıb. Hadisə anbaan kameralara düşüb.

Ərazidə olan digər obyektlər bildirirlər ki, görüntülərdə olan şəxs eyni əməli bir müddət əvvəl aptek satıcısına qarşı törədib.


Etiketlər:  Bakıda dələduzluq Pulu xırdalatmaq adı ilə götürüb qaçdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ