Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 11:24
Bakı. İlhamə İsabalayeva - Trend:
2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, bu tədris ilində 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.
Həftədə 4 gün fəaliyyət göstərmiş məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.