Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 14:40
"Mənim adım heç vaxt hansısa "həci" ilə deyil, həyat yoldaşlarımla hallanıb".
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bunu müğənni Nura Suri qonaq olduğu "5-də 5" verilişində deyib.
"Heç kəsə sirr deyil ki, mən 3 dəfə ailə həyatı qurmuşam. Burada qəbahət bir şey yoxdur. Boşanan qadının yenidən ailə qurması normal bir işdir",- deyə ifaçı bildirib. Daha sonra o, onun haqqında səbəbsiz xəbərlər yayanlardan da danışıb.
"Karantin dövründə mən "İnstagramda" arxiv fotolarımı paylaşdım. Mən həm ailəmin, həm də keçmiş həyat yoldaşlarımın fotolarını da yayımlamışam. Bununla barəmdə şayiələr yayan insanlara cavab verib, ağızlarından sillə vurdum ki, bir də belə işlərlə məşğul olmasınlar".