Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 21:06
"Liverpul"un müdafiəçisi Vircil Van Deyk komandanın ən çox qazanan futbolçusu olacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Niderlandlı müdafiəçinin mövsümün sonunda "Liverpul"la yeni müqavilə imzalayacağı bildirilib.
Yeni müqavilənin müddəti 5 illik olacaq və Van Deyk bu müddətdə 57 milyon funt-sterlinq (təqribən 72 milyon dollar) qazanacaq. Hazırda həftəlik 180 min məvacib alan Van Deyk, yeni sözləşmə ilə gəliri 200 min funt-sterlinq (təqribən 252 min dollar) olacaq.
Qeyd edək ki, 2018-ci ildən "Liverpul"da çıxış edən Van Deykin klubla müqaviləsi 2023-cü ilə qədərdir.