Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” yenidən meydanda - 3 ay sonra

“Barselona” yenidən meydanda - 3 ay sonra

Tarix: 13 Iyun 2020 11:54

Dünəndən bərpa olunan İspaniya La Liqasında 28-ci tur bu gün 4 oyunla davam etdiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, lider "Barselona" "Malyorka"nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Bu, martda koronavirusa görə dayandırılmış La Liqada "Barselona"nın (və digər komndaların) ilk matçı olacaq.

Kataloniyalıların ən yaxn izləyicisi olan "Real" isə sabah "Eybar"ı qəbul edəcək.

La Liqa, 28-ci tur
13 iyun

16:00. "Espanyol" - "Departivo"
19:00. "Selta" - "Vilyarreal"
21:30. "Leqanes" - "Real" Valyadolid
14 iyun
00:00. "Malyorka" - "Barselona"
16:00. "Atletik" - "Atletiko"
21:30. "Real" Madrid - "Eybar"

15 iyun
00:00. "Real" Sosyedad - "Osasuna"
21:30. "Levante" - "Sevilya"

16 iyun
00:00. "Real" Betis - "Qranada"
 
27 oyundan 58 xalı olan "Barselona" 1-ci, "Real" 56 xalla 2-ci, "Sevilya" 50 xalla 3-cü yeri tutur.

Milli.Az


Etiketlər:  Barselona yenidən meydanda sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ