Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 18:12
"Napoli" İtaliya kubokunun yarımfinal mərhələsinin cavab matçında "İnter"lə qollu bərabərə qalaraq (1:1, ilk oyun 1:0), adını finala yazdırıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada "Napoli"nin yeganə qolunu vuran Dris Mertens klubun tarixinə düşüb.
"İnter"lə oyunda bərabərlik qolunu vuran Mertens, "Napoli"dəki qollarının sayını 122-ə çatdırıb və belçikalı hücumçu, bununla da, klub tarixinin ən məhsuldar futbolçusu olub. 33 yaşlı hücumçu 2013-cü ildən "Napoli"də çıxış edir.
Mertensdən əvvəl klub tarixinin bombardiri Marek Hamşik idi. Slovak futbolçunun aktivində 121 qol var idi.
"Napoli" İtaliya kubokunun yarımfinalının ilk matçında "İnter"i məğlub etmişdi - 1:0. Cavab qarşılaşmasında da rəqibiylə qollu bərabərə qalan Neapol təmsilçisi adını finala yazdırıb. "Napoli" kubokun finalında, iyunun 17-də "Yuventus"la qarşılaşacaq.