Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 01:52
Bakı. Trend:
Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 52 xəstə vəfat edib.
Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 52 xəstə dünyasını dəyişib".
Ümumilikdə Rusiyanın paytaxtında koronavirusdan 3 386 nəfər ölüb.