Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Superliqası: “Sivasspor” üç xalı bir qolla qazanıb

Türkiyə Superliqası: “Sivasspor” üç xalı bir qolla qazanıb

Tarix: 16 Iyun 2020 08:14

İyunun 15-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında "Sivasspor" "Dənizlispor"u qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin hücumçusu Mustafa Yatabare komandasına qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, "Sivasspor" "Dənizlispor"u 1:0 hesabı ilə məğlub edib.

Türkiyə çempionatında hazırda "Trabzonspor" 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan "Başakşəhər" ikincidir. "Sivasspor" 52 xalla üçüncü, "Qalatasaray" klubu isə 50 xalla dördüncü pillə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (44 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.


Etiketlər:  Türkiyə Superliqası Sivasspor üç xalı qolla qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ