Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Zelandiyada son 24 sutkada ilk dəfə 2 koronavirusa yoluxma halı aşkarlanıb

Yeni Zelandiyada son 24 sutkada ilk dəfə 2 koronavirusa yoluxma halı aşkarlanıb

Tarix: 16 Iyun 2020 08:48

Bakı. Trend:

Yeni Zelandiya hakimiyyəti son sutkada iki yeni koronavirusa yoluxma halı qeydə alıb.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, bu barədə yerli səhiyyə nazirliyi xəbər verib.

Qurumnan bildirilir ki, yoluxanların hər ikisi Britaniyadan gəliblər. Qaydalara uyğun olaraq onlar təcrid ediliblər və qohumları ilə əlaqədə olmayıblar, infeksiya təsdiqlənəndən sonra isə xüsusi karantin mərkəzinə yerləşdiriliblər.

Nazirlikdə qeyd ediblər ki, may ayının 25-dən ölkədə koronavirusdan ölüm halı qeyd olunmayıb.

Hazırda ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 1 506, sağalananların sayı 1 482, ölənlərin sayı isə 22 nəfər təşkil edir.


Etiketlər:  Yeni Zelandiyada son 24 sutkada ilk dəfə 2 koronavirusa yoluxma halı aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ