Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya'' çempionluğu rəsmiləşdirdi - Yenilənib

''Bavariya'' çempionluğu rəsmiləşdirdi - Yenilənib

Tarix: 17 Iyun 2020 00:44

 Almaniya Bundesliqasında 32-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun gününə 4 görüş nəzərdə tutulub.

Ən maraqla gözlənilən matç Bremendə olub. Burada “Verder” lider “Bavariya”nı qəbul edib. Münhen klubu bu görüşdə 1:0 hesabı ilə qalib gələrək sona iki tur qalmış çempionluğu rəsmiləşdirib. Bununla da komanda ardıcıl 8-ci, tarixində isə 30-cu dəfə ölkə çempionu olub.

Qeyd edək ki, “Bavariya”nın 76, 2-ci pillədə olan Dortmund “Borussiya”nın 66, 3-cü yerdə olan "Leyptsiq”in  isə 62 xalı var.

 16 iyun

"Verder" - "Bavariya" - 0:1
Qol
: Levandovski, 43

“Borussiya” (Münhenqladbax) – “Volfsburq” – 3:0
Qollar:
Hofmann, 11, 30, Stindl, 65

"Frayburq" - "Herta" - 2:1
Qollar:
Qrifo, 61 (1:0), İbişeviç, 66-pen (1:1), Peterson, 71 (2:1)

"Union Berlin" - "Paderborn" - 1:0
Qol:
Zolinski, 27-avtoqol

 


Etiketlər:  Bavariya çempionluğu rəsmiləşdirdi Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ