Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amazon öz üztanıma texnologiyalarından istifadəni polislərə qadağan etdi - SƏBƏB

Amazon öz üztanıma texnologiyalarından istifadəni polislərə qadağan etdi - SƏBƏB

Tarix: 16 Iyun 2020 22:20

Amazon hüquq-mühafizə orqanlarına özünün istehsal etdiyi üztanıma texnologiyasından istifadəni qadağan edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu qərar afro-amerikalı Corc Floydun öldürülməsi ilə bağlı kütləvi etirazlardan sonra qəbul edilib. Hadisədən sonra hüquq mühafizəçiləri bu cür texnologiyalarda ola biləcək irqçi qərəzdən narahat olduqlarını deyiblər.

Bununla yanaşı, Amazon  rəhbərliyi bu qadağanın itkin düşmüş uşaqları axtaran və insan alveri ilə mübarizə aparan təşkilatlara şamil edilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, iyunun 9-da IBM şirkəti də artıq üztanıma proqramını satışa çıxarmayacağını etiraf etmişdi.


Etiketlər:  Amazon üztanıma texnologiyalarından istifadəni polislərə qadağan etdi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ