Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bitkoin şəbəkəsində 1,3 milyard dollarlıq tranzaksiya keçirildi

Bitkoin şəbəkəsində 1,3 milyard dollarlıq tranzaksiya keçirildi

Tarix: 16 Iyun 2020 23:48

Bu gün naməlum istifadəçi iki dəqiqə ərzində 132 255 Bitkoini sistemə köçürüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, cari məzənnə ilə məbləğ təxminən 1,3 milyard ABŞ dolları təşkil edir.

Məlumata əsasən, tranzaksiya 44 085, 44 235 və 43 935 BTC miqdarlı üç əməliyyata reallaşıb.

Belə böyük məbləğin köçürülməsi kriptovalyuta icmasında böyük maraq doğurub.

Qeyd edək ki,  Bitkoin tarixində ən böyük köçürmə 16 noyabr 2011-ci ildə həyata keçirilib. Onun ölçüsü 500 000 BTC idi ki, bu da bugünkü valyuta məzənnəsinə görə 4,9 milyard ABŞ dollarına bərabərdir.

Milli.Az


Etiketlər:  Bitkoin şəbəkəsində 13 milyard dollarlıq tranzaksiya keçirildi


RƏYLƏR