Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir

Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir

Tarix: 13 Iyun 2019 14:09

Bakı. Sara İsrafilbəyova - Trend:

Son iki il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 35 faiz artıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir bildirib ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 3 faiz, qeyri-neft iqtisadiyyatı 1,7 faiz, qeyri-neft sənayesi 16 faizdən çox, inflyasiya 2,1 faiz artıb:

“Bizim hesablamalarımıza görə, 2019-cu ildə ümumi daxili məhsul 3,2 faiz artacaq”.

Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatına 15 milyard dollardan çox investisiya qoyulub, bunlardan 8,2 milyard dolları xarici investisiyalar olub:

“Ümumilikdə müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 263 milyard dollar investisiya qoyulub ki, bunların yarısından çoxu xarici investisiyaların payına düşüb”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda qeyri xammal ixracının artımı davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ