Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 14:00
"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman bir çox futbolçu üçün əlçatmaz olan unikal rekorda imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Fransa millisinin üzvü ardıcıl 8 ildir çempionluq titulu qazanır. Buna qədər 24 yaşında belə uğura imza atan futbolçu olmayıb.
Koman 2013 və 2014-cü ildə PSJ, bir il sonra isə "Yuventus"la ölkə çempionluğu yaşayıb. Ötən gecə isə "Bavariya" ilə Bundesliqanın qalibi olan futbolçu Münhen klubu ilə ardıcıl 5-ci mövsümdür bu sevinci yaşayır.
Bundan başqa, Koman bu illərdə Fransa Liqa kuboku, İtaliya kuboku və iki dəfə Almaniya kubokunu qazanıb.
Qeyd edək ki, fransız futbolçu bu mövsüm "Bavariya"nın heyətində 32 oyuna 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.