Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla mübarizə aparan həkimlərimizin VİDEOsu

Koronavirusla mübarizə aparan həkimlərimizin VİDEOsu

Tarix: 17 Iyun 2020 14:04

Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Düz 102 il əvvəl bu gün Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi yaradılıb və bu səbəbdən də artıq 19 ildir ki, 17 iyun tibb işçiləri üçün əlamətdar gün kimi qeyd olunur.

İnsan üçün ən qiymətli sərvət sağlamlıqdır ki, onun da keşiyində tibb işçiləri durur. Onsuz da hər zaman əziyyətləri danılmaz olan ağxalatlılar üçün bu il bir qədər ağır və məşəqqətli oldu. Artıq aylardır ki, evinə getməyən, doğmaları ilə görüşə bilməyən həkimlərimiz, tibb işçilərimiz var. Onların maska taxmaqdan üzləri soyulur, eynəklər göz ətrafında yaralar əmələ gətirir, əyinlərindən çıxara bilmədikləri kombinezonlarda temperatur qalxdıqca nəfəsləri daralır.

Ancaq heç nəyə baxmayaraq onlar vəzifələri, biz isə onlarla qürur duyuruq.

Milli.Az qafqazinfo-ya istinadən bu xüsusi gündə tibb işçilərinin son aylar ərzində mətbuatda yayımlanan və pandemiya zamanı çəkdikləri əziyyətləri əks etdirən görüntülərindən ibarət videoçarxı təqdim edir:

Milli.Az


Etiketlər:  Koronavirusla mübarizə aparan həkimlərimizin VİDEOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ