Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 16:42
"Barselona" yaxın vaxtlarda kapitanı Lionel Messi ilə yeni müqaviləninin detallarını razılaşdıracaq.
Qol.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Rəhbərliyin argentinalı hücumçuya 1+1 illik yeni sözləşmə təklif etdiyi bildirilir.
Yeni müqavilə 2023-cü ilin yayına qədər qüvvədə olacaq. Ancaq Messi hər mövsümün sonunda klubdan ayrılmaq hüququ qazanacaq. 32 yaşlı oyunçunun hazırkı sözləşməsi 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Messi 2000-ci ildə “Barselona”nın akademiyasına qoşulub və 2003-cü ildən əsas komandada çıxış edir.