Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA AFFA-ya avrokubok iştirakçılarını açıqlamaq üçün vaxt verdi

UEFA AFFA-ya avrokubok iştirakçılarını açıqlamaq üçün vaxt verdi

Tarix: 17 Iyun 2020 18:22

UEFA milli assosiasiyalara avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını təqdim etmək üçün avqustun 3-dək vaxt verib.

Qol.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında bu qərar qəbul edib.

Bundan başqa, avrokuboklarda yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olmasına, meydan sahiblərinin püşklə müəyyənləşməsinə qərar verilib.

Qeyd edək ki, sabah UEFA İcraiyyə Komitəsinin daha bir iclası keçiriləcək. Bu toplantıda isə DÇ-2022-nin seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları müzakirə ediləcək.

 


Etiketlər:  UEFA AFFA ya avrokubok iştirakçılarını açıqlamaq üçün vaxt verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ