Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 19:00
Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Belə ki, UEFA qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.
Turnirin "A" qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Belə ki, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.
"Avro-2020" gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.