Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 02:24
Bakı. Trend:
Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 49 xəstə vəfat edib.
Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 49 xəstə dünyasını dəyişib".
Ümumilikdə Rusiyanın paytaxtında koronavirusdan 3 483 nəfər ölüb.