Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” üz tanıma texnologiyasını ABŞ-ın hüquq-mühafizə orqanlarına satmayacaq

“Microsoft” üz tanıma texnologiyasını ABŞ-ın hüquq-mühafizə orqanlarına satmayacaq

Tarix: 18 Iyun 2020 07:24

ABŞ-ın "Microsoft" korporasiyası polis tərəfindən bu sistemin istifadəsini tənzimləyən qanunvericilik hazırlanmayana kimi ABŞ-ın hüquq-mühafizə orqanlarına öz üz tanıma texnologiyasını satmayacaq. Bu haqda "The Washington Post" qəzetinə müsahibəsində şirkətin prezidenti Bred Smit deyib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "biz bu texnologiyadan istifadəni tənzimləyəcək insan hüquqlarına əsaslanan milli qanun qəbul edilməyənədək üz tanıma sistemini ABŞ polisinə satmayacağıq" - Smit bəyan edib.

Bundan əvvəl ABŞ-ın "IBM" və "Amazon" korporasiyaları, həmçinin üz tanıma texnologiyalarını hüquq-mühafizə orqanlarına satmaqdan imtina ediblər.


Etiketlər:  Microsoft tanıma texnologiyasını ABŞ hüquq mühafizə orqanlarına satmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ