Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 13:10
AFFA-nın Azərbaycan Premyer Liqasının dayandırılma qərarından sonra "Qarabağ" futbol klubu növbəti dəfə ölkə çempionu olub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasında qərar verilib. Qərara əsasən, çempionat dayandırılıb, mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.
Hazırki turniz cədvəlinə görə, "Qarabağ" futbol klub ölkə çempionu olub.
Klubun rəsmi facebook səhifəsində çempionluqla bağlı paylaşım da edilib.