Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 13:44
AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycanda futbol mövsümü dayandırılıb.
Qol.az xəbər verir ki, bu mövsüm kubokun qalibi olmayacağından Avropa Liqasında iştirak üçün sonuncu vəsiqə “Sumqayıt”a qismət olub. Ayxan Abbbasovun baş məşqçisi olduğu komanda Premyer Liqada 4-cü yeri tutduğu üçün bu şansı qazanıb.
Əlavə edək ki, “Sumqayıt” tarixində ilk dəfə olaraq Avropa kuboklarında iştirak hüququ əldə edib.
Xatırladaq ki, “Sumqayıt”la yanaşı 2020/21 mövsümündə AL-də ölkəmizi “Neftçi” və “Keşlə”, Çempionlar Liqasında isə “Qarabağ” təmsil edəcək.