Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 16:00
AFFA İcraiyyə Komitəsinin üzvü, “Neftçi”nin əfsanəvi futbolçularından olan Kazbek Tuayev Azərbaycanda 2019/20 futbol mövsümünün dayandırılmasına münasibət bildirib.
Qol.az xəbər verir ki, K.Tuayevin təmsilçisi olduğu qurumun bununla bağlı qərarına münasibəti belə olub:
“Təəccüblü heç nə baş verməyib. Bu, normal haldır. Hər şey doğru edilib. Koronavirusla bağlı vəziyyət belə qərar verməyimizi tələb edirdi. “Qarabağ”ı layiqli çempionluğu münasibəti ilə təbrik edirəm, “Neftçi”, “Keşlə” və “Sumqayıt”а Avropa Liqasında uğurlar arzulayıram. “Zirə” layiqli çıxış etdi. Amma əlavə göstəricilərdə “Sumqayıt”a uduzdu” (azerisport.com).