Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşlar deksametazonu profilaktik məqsədlə işlətmək istəsələr, immun sistemini sıradan çıxara bilərələr - XƏBƏRDARLIQ

Vətəndaşlar deksametazonu profilaktik məqsədlə işlətmək istəsələr, immun sistemini sıradan çıxara bilərələr - XƏBƏRDARLIQ

Tarix: 18 Iyun 2020 19:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Məlumat almışıq ki, bu gün apteklərdən deksametazon dərmanı ilə maraqlananlar olub. Amma vətəndaşlar bu dərmanı COVİD-19-a qarşı profilaktik məqsədlə işlətmək istəsələr, immun sistemlərini sıradan çıxara bilərələr.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu hala qətiyyən yol vermək olmaz: “Azərbaycanda virusla bağlı bütün müalicə protokolları tətbiq edilir. Deksametazon isə yenilik deyil. Bu dərman həmişə iltihab əleyhinə müalicə kimi istifadə edilib”.


Etiketlər:  Vətəndaşlar deksametazonu profilaktik məqsədlə işlətmək istəsələr immun sistemini sıradan çıxara bilərələr XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ