Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə Baş həkimdən 125 min manat alan dəstənin şikayətini rədd etdi

Məhkəmə Baş həkimdən 125 min manat alan dəstənin şikayətini rədd etdi

Tarix: 19 Iyun 2020 09:45

Bakı. Samir Əli - Trend:

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmək və dələduzluqda təqsirləndirilərək həbs edilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanov barəsindəki çıxarılan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilənlər özlərini vəzifəli şəxslərin qohumları kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul tələb edməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdan 125 min manat almaqda təqsirləndirilir

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Hümbətov 12 il, R. Əliyev 9 il və H. Çobanov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Məhkəmə Baş həkimdən manat alan dəstənin şikayətini rədd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ