Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 17:45
Bakı. Trend:
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Qərarla xüsusi karantin rejimində Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətinə icazə verilir.
Qeyd edək ki, KİV nümayəndələri fəaliyyətinə icazə verilən digər sahələr kimi icazə.e-gov.az portalında qeydiyyatdan keçməlidir.