Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan deputatı: Şübhə yoxdur ki, Qazaxıstanda prezident seçkiləri demokratik keçiriləcək

Azərbaycan deputatı: Şübhə yoxdur ki, Qazaxıstanda prezident seçkiləri demokratik keçiriləcək

Tarix: 17 Aprel 2019 16:21

Bakı. Trend:

Azərbaycan Qazaxıstanda baş verən hadisələri həmişə diqqətlə izləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycan deputatı Aydın Mirzəzadə "Kazinform" agentliyinə müsahibəsində deyib.

A.Mirzəzadə əmin olduğunu bildirib ki, Qazaxıstanda növbədənkənar seçkilər Nursultan Nazarbayevin mütərəqqi kursunun davam etdirilməsi məqsədilə yeni dövlət başçısını seçməyə imkan verəcək:

"Şübhə yoxdur ki, seçkilər demokratik, qanuna və hüquq normalarına uyğun şəkildə keçiriləcək. Qazaxıstan bu seçkilərlə müasir tarixinin yeni səhifəsini açacaq. Qazaxıstana bu seçkiləri ən yüksək səviyyədə keçirməyi, dünyaya öz demokratik dəyərlərini göstərməyi arzulayırıq".

Deputat vurğulayıb ki, Qazaxıstan Azərbaycanın böyük dostudur: "Ölkə müstəqillik əldə etdikdən sonra regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunması baxımından çox şey edib. Atılmış addımlar güclü, müstəqil və demokratik dövlət qurmaq imkanı verib".

O əlavə edib ki, Azərbaycanın deputat korpusu Qazaxıstanda növbədənkənar seçkilərin elan olunmasına hörmət və anlayışla yanaşır: "Bu, ölkənin Konstitusiyasında yer alan daxili siyasi prosesdir. Biz bu prosesi izləyəcəyik və heç bir şübhə yoxdur ki, seçkilər qanun çərçivəsində, demokratik ab-havada keçiriləcək və xalq öz layiqli övladını seçəcək".

Qeyd edək ki, ölkəyə 30 ilə yaxın müddətdə rəhbərlik edən N.Nazarbayev martın 20-də istefa verib. Bundan əvvəl Senatın sədri olan, hazırda prezident səlahiyyətlərini icra edən K.Tokayev növbədənkənar prezident seçkilərinin iyulun 9-da keçiriləcəyini bəyan edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan deputatı Şübhə yoxdur Qazaxıstanda prezident seçkiləri demokratik keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ