Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB: Həftəsonu qısamüddətli qapanmalarda istədiyimiz nəticəni görə bilmədik

TƏBİB: Həftəsonu qısamüddətli qapanmalarda istədiyimiz nəticəni görə bilmədik

Tarix: 20 Iyun 2020 11:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünən yeni yoluxma sayı 438 oldu ki, bu da ən yüksək saydır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, indiyədək 143 xəstə COVİD-19-dan dünyasını dəyişib: “Təəssüf ki, ölənlərin sayı artır. Bu göstəricilərin nəticəsi olaraq karantin rejiminin müddəti uzadılıb. Təəssüflə qeyd edim ki, həftə sonlarında etdiyimiz qısamüddətli qapanmalar zamanı istədiyimiz nəticəni görə bilmədik, tam əks nəticələr əldə edildi. Mən bütün vətəndaşlara müraciət edib demək istəyərəm ki, sosial aktivliyi azaldaq. Bu gün hər bir insan infeksiya mənbəyi ola bilər. Buna hər kəs yoluxa bilər”.


Etiketlər:  TƏBİB Həftəsonu qısamüddətli qapanmalarda istədiyimiz nəticəni görə bilmədik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ