Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 11:20
"Maskanın taxılması bizim artıq yeni həyat tərzimizdir. Xahiş edirik bunu hər kəs dərk etsin və başa düşsün. Bir azərbaycanlı kimi, bir həkim kimi sizdən xahiş edirəm, mən sizdən bizi qorumaq və yaxud bizim üçün nəsə etməyi xahiş etmirəm, özünüz üçün etməyi xahiş edirəm".
Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O, qarşıdakı aylarda maskasız həyatın mümkün olmayacağını bildirib:
"Hər bir insan bugünkü gündə başa düşməlidir ki, o, özünü qorumalıdır. Özünüzü qoruyun, həkimlərin xətrinə yox, hansısa dövlət srtukturunun xətrinə yox, öz xətrinizə və öz yaxınlarınıza görə özünüzü qoruyun. Əgər hər bir vətəndaş özünü qorusa infeksiyanın yayılması zəncirində qırılma baş verə bilr. Bu, çox önəmlidir. Önümüzdə gələn aylarmı deyim, ilmi deyim artıq bizim maskasız həyatımız olmayacaq".
Təhməz Təkin