Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 14:00
Ukraynanın I liqa təmsilçisi "Rux"un 3 oyunçu və 1 klub işçisi koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilir.
Virusa yoluxan futbolçulardan 2-si müdafiəçi, 1-i yarımmüdafiəçidir. Daha bir neçə oyunçunun vəziyyəti isə şübhəlidir. Dərhal karantinə alınan komanda üzvləri yaxın günlərdə ikinci dəfə testdən keçiriləcəklər.
Bununla bağlı yerli assosiasiyanın tibbi və idman komitəsinə, həmçinin Peşəkar Futbol Liqasına məlumat verən Lvov təmsilçisi iyunun 24-nə nəzərdə tutulan XX turun "Aqrobiznes"lə ev oyununun təxirə salınmasını xahiş edib.
Qeyd edək ki, Ukraynada daha əvvəl "Karpatı" klubunun 26 üzvündə koronavirus aşkarlanıb.