Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 02:24
"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu İvan Rakitiçin satılmağına razılıq verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 55 yaşlı mütəxəssis klubun idman direktoru Xose Sequroyla görüşüb və xorvat yarımmüdafiəçi üçün əlverişli təklif gələcəyi təqdirdə, onun satıla biləcəyini söyləyib.
Qeyd edək ki, Rakitiçin Kataloniya təmsilçisində qalmaq istədiyi iddia olunur. Onunla "Mançester Yunayted" və "İnter"in maraqlandığı bildirilir.