Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 13:00
Xalq artisti Gülyanaq Məmmədova "Söhbət var" verilişində qonaq olub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi karantin günlərində gizli istedadının üzə çıxdığını bildirib:
"İndiyə kimi əlimdən şirniyyat hazırlamaq gəlmirdi, soba işlədə bilmirdim. Karantin zamanı onları öyrəndim. Həmişə sual verirdilər ki, "Müğənni olmasan, kim olardın". Oturub fikirləşirdim, gözəl evdar xanım olardım. Çox zövq aldım, səliqəliyəm. Toylarda, tədbirlərdə olmuşuq, sən demə, evimizindən xəbərimiz yoxuymuş. Nəyi hara qoyduğumu tapa bilmirdim".