Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtın küçə və yollarında yoxlamalar aparılır - FOTOREPORTAJ

Paytaxtın küçə və yollarında yoxlamalar aparılır - FOTOREPORTAJ

Tarix: 21 Iyun 2020 13:58

Bakının küçə və yollarında müxtəlif istiqamətlərdə polis əməkdaşları xidmət aparır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu gün gecədən başlayaraq şəhərin müxtəlif istiqamətlərində postlar qurulub, hərəkətdə olan sürücülərin icazəsinin olub-olmadığı yoxlanılır. Paytaxtın müxtəlif rayonlarında küçəyə çıxan vətəndaşların da icazələri polis əməkdaşları tərəfindən yoxlanılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakı şəhərinin küçə və prospektlərində yollar tam nəzarətə götürülüb, stasionar postlar qurulub. Artıq 100-ə yaxın karantin rejiminin tələblərini pozan sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub:

"Sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etsinlər, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasın".

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonununda fəaliyyətinə icazə verilməyən vətəndaşların 2020-ci il 5 iyul saat 06:00-dək icazəsiz evdən çıxması qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 yüz manat məbləğində cərimə edilir.

Bu inzibati xətalarla bağlı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 yüz manat məbləğində cərimə edilir.

Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxır.

İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.

Bundan başqa, Cinayət Məcəlləsinin 139-1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib.

Belə ki, bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

FOTO: Zaur Mustafayev


Etiketlər:  Paytaxtın küçə yollarında yoxlamalar aparılır FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ