Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 23:32
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda "Hannover"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Cari mövsümdə 10 qola imza atan Nazarov bu matçın iştirakçısı olmayıb. Həm sarı vərəqə limitini dolduran, həm də zədəsi olan futbolçunun adı iştirak ərizəsinə də daxil edilməyib.
33 turdan sonra 44 xala malik "Ersgebirge" 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.