Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 10:12
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçisi olduğu Meksikanın "Dorados" klubundan ayrılıb.
Qol-az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu barədə onun vəkili Matias Morla şəxsi "Twitter" hesabında məlumat verib. 58 yaşlı mütəxəssisin səhhətindəki problemlərə görə istefa verdiyi qeyd olunub. O, Maradonanın qarşıdakı günlərdə əməliyyat olunacağını bildirib.
Artıq "Dorados" klubu da baş məşqçinin istefa verdiyini təsdiqləyib. Klub rəhbərliyi xidmətlərinə görə argentinalı çalışdırıcıya təşəkkür edib.
Qeyd edək ki, Maradona 2018-ci ilin yayından "Dorados"u çalışdırırdı.