Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 10:33
Bakı. Samir Əli - Trend:
İyunun 21-də karantin postlarından Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil saxlanılaraq geri qaytarılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb.
Xatırladaq ki, Nazirlər Kabineti iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.