Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 11:50
"Bavariya" "Mançester Siti"nin futbolçusu Leroy Sane transfer etmək üçün növbəti təklif göndərib.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun 24 yaşlı yarımmüdafiəçi ilə 40 milyon avro ödəməyə hazır olduğu bildirilib. İngiltərə təmsilçisinin bu təklifi hələ cavablandırmadığı vurğulanıb.
Qeyd edək ki, Sanenin "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.