Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maşınla vurulan 9 yaşlı uşaq ölüb

Maşınla vurulan 9 yaşlı uşaq ölüb

Tarix: 22 Iyun 2020 17:16

Daxili İşlər Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 19-da saat 19 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində Ağstafa rayon sakini R.Nağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş azyaşlı iyunun 20-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Maşınla vurulan 9 yaşlı uşaq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ